21.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi 21.10.22-ci il tarixində Zahirə Dadaşovanın “Şuşa” nağılı başlığı altında nağıl saatı keçirildi.Tədbiri şöbənin kitabxanaçısı Nərmin Qasımova açaraq qeyd etdi ki, nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyəsində çox böyük rolu vardır. Nağıllar hər bir uşağın kövrək dünyasına möcüzələrlə dolu olan bir aləm açır. Nağıllar vasitəsilə onlar xeyirlə şəri ayırd edə bilir, müdriklık və cəsarət öyrənirlər. Tədbiri keçirtməkdə məqsədimiz uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır. Sonda uşaqların sualları ətraflı şəkildə cavablandırıldı.